Azərbaycan Basketbol Liqasında (ABL) XVI turun görüşləri keçirilib.
Sportnet.az xəbər verir ki, "A" və "B" qruplarında ümumilikdə 6 qarşılaşma oynanılıb.
Mərkəzi oyunda "Sabah" "Neftçi"ni məğlubiyyətə uğradıb.
A qrupu
"Gəncə" - NTD (104:85)
"Şəki" - "Abşeron Lions" (85:92)
"Neftçi" - "Sabah" (79:98)
B qrupu
"Sumqayıt" - "Lənkəran" (102:77)
"Quba" - "Sərhədçi" (97:89)
"Naxçıvan" - "Ordu" (92:95)
Qeyd edək ki, 16 turdan sonra "A" qrupunun vahid lideri "Sabah", "B" qrupunun vahid lideri isə "Ordu" klubudur. Azərbaycan Basketbol Liqasında (ABL) 17-ci turun oyunlarına 11 fevralda start veriləcək.























































































