Qadın voleybol komandaları arasında Azərbaycan Yüksək Liqasında həlledici oyunlar keçirilib.
Sportnet.az xəbər verir ki, ilk başda 3-cü yer uğrunda qarşılaşma baş tutub. Daha sonra isə final oyunu oynanılıb.
Mövsümün çempionu Tovuz təmsilçisi "Turan" olub.
Final
16:00 — "Turan" – "DH Volley" 3:1
(15:25, 25:21, 25:19, 25:23)
3-cü yer uğrunda oyun
13:00 — "Milli Aviasiya Akademiyası" – "Gəncə" 0:3
(18:25, 21:25, 21:25)

















































































