1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Bu mövsüm ən pis oyunumuzu keçirdik"
"Azəryol"un baş məşqçisi Ziya Rəcəbov CEV Kubokunun 1/8 final mərhələsinin cavab görüşündə Finlandiya "Salo"su üzərində qazandıqları 3:2 hesablı qələbəni şərh edib. Sportnet.az-ın məlumatına görə, gənc mütəxəssis başqa nəticə gözlədiyini bildirib.
Lakin o, yekun hesabın onu ümidləndirdiyini vurğulayıb: "Biz qalib gəldik və ən sonda bu, həqiqətən də vacibdir. Özümü, komandamı və azarkeşləri bu qələbə münasibətilə, "Salo"nu isə çox yaxşı oynadığı üçün təbrik edirəm".
"Azəryol"un voleybolçusu Aynur Kərimova isə bu mövsüm ən pis oyun keçirdiklərini etiraf edib: "Ötən həftə Saloda keçirdiyimiz görüşlə müqayisədə məhsuldarlığımız çox aşağı idi. Çox arxayınlaşmışdıq. Düşünürdük ki, Bakıda da qələbə qazanmaq asan olacaq. Nəticədə çıxışımız pis alındı və bu, yekun hesabda da əksini tapdı. Biz bu görüşü yalnız "tay-breyk"də apardıq. Top qəbulunda problemlərimiz vardı. Blokda da yaxşı oynamadıq. Bununla belə, komandamızın hər bir üzvü təslim olmadı və ən sonda istəyimizə çatdıq".
"Salo"nun oyunçusu Alyona Lımaryova isə bacardıqlarını ortaya qoya bilmədiklərini söyləyib. Onun fikrincə, komandası daha yaxşı çıxış edə bilərdi: "Xüsusən, top qəbulunda problemlərimiz vardı. Bu da qələbəmizə mane oldu. "Azəryol" evində yaxşı təsir bağışlayır. Rəqib daha sakit görünürdü. Buna yerli azarkeşlər də kömək edirdi. Onlar yaxşı oynadılar və yekunda qalib gəldilər. Təbrik edirəm".
Qeyd edək ki, səfərdə 3:0, evdə 3:2 hesabı ilə qalib gələn "Azəryol" CEV Kubokunun 1/4 final mərhələsinə vəsiqə qazanıb. Növbəti rəqib Polşanın "Polski Kukyer" komandası olacaq.