
Voleybol üzrə Azərbaycan Super Liqasında 2016-cı ilə təxirə salınmış oyunlarla start veriləcək. Sportnet.az-ın məlumatına görə, ilk oyun bu gün Gənclik Olimpiya Kompleksində keçiriləcək.
I dövrədən təxirə salınmış qarşılaşmada "Telekom"la "Gənclik" üz-üzə gələcək. Oyun saat 17:00-da başlanacaq.
Yanvarın 12-də "Gənclik" - "Azəryol", yanvarın 13-də isə "Gənclik" - "Azərreyl" matçları keçiriləcək. "Azərreyl" İdman Bazasında təşkil olunacaq hər iki qarşılaşma saat 16:00-da başlanacaq.





































































