1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ziya Rəcəbov: "Qızıl set"ə imkan verməyəcəyik"
"İtaliya voleybolun vətəni sayılır. Buna baxmayaraq, çox çətin oyun keçdi". Sportnet.az-ın məlumatına görə, bunu voleybolçu qadınlardan ibarət "Azəryol" komandasının baş məşqçisi Ziya Rəcəbov İtaliya "Novara"sını 3:1 hesabı ilə yendikləri CEV Kubokunun Çelenc raundundakı ilk oyundan sonra deyib.
Gənc mütəxəssis hesabda 2:0 üstün olduqları vaxt üçüncü setdə müəyyən çətinliklə üzləşdiklərini bildirib: "4-5 top fərqi ilə irəlidə olduğumuz zaman həmin seti əldən verdik. Amma yekunda qalib olduq. Bu, idman şansıdır. Uda da, uduza da bilərdik. Yaxşı ki, 3:1 hesabı ilə qələbə qazandıq".
Rəcəbov fevralın 23-də keçiriləcək cavab görüşündə qalibin "qızıl set"də müəyyənləşməsinə imkan verməyəcəklərini söyləyib: "iki setdə üstün olsaq, qələbə bizim olacaq. Amma çalışacağıq ki, "qızıl set"ə qədər getməyək. "Qızıl set"də əlavə şansımız da olur. Amma buna imkan verməyəcəyik".