Voleybolçu qadınlar arasında Azərbaycan Super Liqasında fevralın 13-də keçirilməli olan oyun təxirə salınıb. Sportnet.az-ın məlumatına görə, "Azəryol" və "Gənclik" komandaları arasındakı qarşılaşma baş tutmayacaq.
Səbəb "Azəryol"un CEV Kubokunun Çelenc raundunda İtaliya "Novara"sı ilə (3:1) dünən oyun keçirməsidir. Komanda yenicə oyun keçirdiyi üçün voleybolçulara istirahət verilməsi qərara alınıb.









                 




    
    
    
    
    
    
    
    
    





















































