1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ziya Rəcəbov: "Qələbə şansımız vardı"
"Biz şansımızı ilk setdə itirdik". Sportnet.az-ın məlumatına görə, bunu "Azəryol"un baş məşqçisi Ziya Rəcəbov Rusiyanın Krasnodar şəhərində "Dinamo"ya 0:3 hesabı ilə uduzduqları CEV Kubokunun ilk yarımfinal matçından sonra deyib.
Gənc mütəxəssis bildirib ki, komandası birinci setdə açıq fərqi qoruya bilsəydi, nəticə başqa cür ola bilərdi. Onun fikrincə, məhz bu uğursuzluq oyunçulara təsirini göstərib: "Ona görə də ikinci setdə toparlana bilmədik. Belə desək, bu, mənəvi itki idi. Üçüncü setdə komandam daha güclü təsir bağışladı və qələbə şansımız vardı. Amma sonucda bu, baş vermədi".
Rəcəbov indi əsas məsələnin martın 12-də Bakıda keçiriləcək cavab görüşünə hazırlaşmaqdan, real dəyər və məhsuldarlıq ortaya qoymaqdan ibarət olduğunu vurğulayıb.
Qeyd edək ki, finala yüksəlmək üçün "Azəryol" təkrar qarşılaşmada 3:0 və ya 3:1 hesabı ilə qalib gəlməli, "qızıl set"də isə üstün olmalıdır.