Tennis üzrə Miami Open turnirinin ikinci dövrəsində serbiyalı Novak Cokoviçlə böyük britaniyalı Kayl Edmund arasındakı görüş zamanı maraqlı hadisə yaşanıb. Sportnet.az-ın məlumatına görə, Edmundun uğursuz zərbəsindən sonra Cokoviç topu şortunun cibi ilə tutub.
Görüş dünyanın bir nömrəli kişi tennisçisinin qələbəsi ilə yekunlaşıb - 6:3, 6:3.







































































