Türkiyənin kişilərdən ibarət basketbol yığmasında baş məşqçi istefası gerçəkləşib. Sportnet.az-ın məlumatına görə, "Qalatasaray"ın da baş məşqçisi olan Ergin Ataman yığmadakı vəzifəsindən ayrılıb.
Məsələ ilə bağlı açıqlama verən Türkiyə Futbol Federasiyasının prezidenti Harun Erdenay "NTV Spor" kanalına açıqlamasında yeni baş məşqçi axtarışlarına başladıqlarını bildirib: "Ergin Ataman "Qalatasaray"dakı hədəflərindən ötrü yığma komandadan getdi və yoluna klubda davam edəcək. Onunla 3 illik müqavilə imzalamışdıq və bu gün həmin müddət başa çatdı. Ona mövsüm sonunadək qərarını bildirməsini dedik. Ancaq baş məşqçi yoluna "Qalatasaray"da davam etmək istədi".
Qeyd edək ki, E.Ataman 2014-cü ildən Türkiyə yığmasında çalışır.