Avropa Oyunları Parkında çimərlik voleybolu üzrə ilk açıq ölkə kuboku keçirilib.
Sportnet.az-ın məlumatına görə, kişilərin yarışında 22, qadınların turnirində isə 14 komanda mübarizə aparıb.
Kişilər arasında Vüqar Bayramov və Ülvi Rəcəblidən ibarət duet qalib olub. Yaroslav Rudıx – Adriano Aurrero cütlüyü gümüş, Vüsal Qurbanov və Aqil Ağazadənin təşkil etdiyi cütlük bürünc medal qazanıb.
Qadınların mübarizəsində kuboku Viktoriya Ağakişiyeva və Zinaida Lyubimovadan ibarət duet başı üzərinə qaldırıb. İrina Abbaszadə - Yuliya Kərimova cütlüyü ikinci yeri tutub. İlk "3-lüy”ü Nazilə Səlimova və İlhamə Əliyevadan ibarət duet qapayıb.
Qeyd edək ki, gələn ayın sonlarında həm yeniyetmələr, həm də böyüklər arasında ölkə çempionatının final mərhələsi keçiriləcək.