Sloveniyanın Maribor şəhərində təlim-məşq toplanışında olan qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası ikinci yoxlama oyununu keçirib.
Sportnet.az xəbər verir ki, Faiq Qarayevin rəhbərlik etdiyi kollektiv Belçika yığması ilə qarşılaşıb. Matç Azərbaycan yığmasının 1:3 (14:25, 23:25, 20:25, 24:26) hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Qeyd edək ki, ilk yoxlama oyununda Sloveniya yığması ilə heç-heçə edən (2:2) Azərbaycan millisi 22 sentyabr - 1 oktyabrda keçiriləcək Avropa çempionatına hazırlıq məqsədi ilə ölkə xaricində hazırlıq keçir.