Voleybolçu qadınlar arasında Avropa çempionatında 1/4 final mərhələsinə yekun vurulub. Sportnet.az-ın məlumatına görə, son yarımfinalçı Türkiyə millisi olub.
"Ay-ulduzlular" qrup mərhələsində 1:3 hesabı ilə uduzduqları Rusiyaya bu dəfə heç bir şans verməyiblər - 3:0 (27:25, 25:18, 25:20).
Beləliklə, yarımfinalda Azərbaycan - Hollandiya, Türkiyə - Serbiya görüşləri keçiriləcək. Oyunlar sentyabrın 30-da olacaq. Bürünc medal uğrunda və final görüşləri isə oktyabrın 1-də olacaq.
------------------------------
Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatında yarımfinala vəsiqə qazanıb.
Sportnet.az xəbər verir ki, Faiq Qarayevin rəhbərlik etdiyi kollektiv 1/4 finalda Almaniya yığmasını məğlub edib – 3:0.
Azərbaycan millisi yarımfinalda Hollandiya kollektivi ilə qarşılaşacaq. Sentyabrın 30-da Milli Gimnastika Arenasında keçiriləcək oyun saat 18:00-da başlayacaq.
Qeyd edək ki, günün son 1/4 final qarşılaşmasında Rusiya və Türkiyə yığmaları üz-üzə gələcək. Bu komandalar da qrup mərhələsində qarşılaşıblar və həmin vaxt Rusiya 3:1 hesabı ilə qalib gəlib. İki komandanın bugünkü "duel"indən qalib ayrılacaq yığma yarımfinalda Serbiya önünə çıxacaq. Oyunu idarə edəcək hakimlərdən birincisi azərbaycanlı Eldar Zülfüqarovdur.
Avropa çempionatı
1/4 final
29 sentyabr
18:00. Azərbaycan - Almaniya 3:0 (25:20, 25:18, 25:21)
Hakimlər: Vladimir Simonoviç (Serbiya), Yuray Mokri (Slovakiya)
Milli Gimnastika Arenası
20:30. Rusiya - Türkiyə - 0:2 (25:27, 18:25, 25:20)
Hakimlər: Eldar Zülfüqarov (Azərbaycan), Daniele Rapisarda (İtaliya)
Milli Gimnastika Arenası