1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Rəhimovanın 24 xalı "Fənərbağça"ya yetmədi
Qadın voleybolçular arasında Türkiyə Sultanlar Liqasının XX turunda Azərbaycan millisinin üzvü Polina Rəhimovanın şərəfini qoruduğu "Fənərbaxça” "Vakıfbank”la üz-üzə gəlib.
Sportnet.az-ın məlumatına görə, "Sarı-lacivərdlilər”in 1:3 hesabı ilə məğlub olduqları matçda Rəhimova da iştirak edib. Millimizin üzvü komandasına 24 xal qazandıraraq ən məhsuldar oyunçu olub. İlk set gərginliyi ilə yadda qalıb. Birinci set "Vakıfbank"ın 29-27 hesablı qələbəsi ilə başa çatıb. "Fənərbağça" voleybolçuları ikinci setdə də üzülüb - 17- 25. 3-cü setdə özünə gələn "Sarı-lacivərdlilər” seti 25-21 hesablı üstünlüklə başa vurub. 4-cü set isə oyunda sonuncu olub. "Vakıfbank" bu setdə rəqibini 25-20 hesabı ilə üstələyib.
Qeyd edək ki, bu nəticədən sonra "Vakıfbank" 54 ikinci, "Fənərbağça" isə 43 xalla 4-cü pillədə qərarlaşıb.