Qızıl Avropa Liqasında iştirak edəcək qadın voleybolçulardan ibarət Azərbaycan millisi fiziki məşqlərə start verib.
Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, Bakı Voleybol Mərkəzindəki hazırlıq prosesinə yerli klublarda çıxış edənlər qatılıblar. Legionerlər isə aprelin 21-da başlayacaq təlim-məşq toplanışı zamanı yığmaya qoşulacaqlar.
Hazırda milli üzvləri köməkçi-məşqçilər Famil Ağayev və Vüqar Əliyevin rəhbərliyi altında məşq edirlər.
Qeyd edək ki, C qrupunda yer alan milli ilk oyununu mayın 26-da səfərdə Belarusa qarşı keçirəcək. Növbəti görüş isə 3 gün sonra Bakıda İspaniyaya qarşı olacaq. Faiq Qarayevin rəhbərlik etdiyi kollektiv iyunun 2-də evdə Finlandiya, iyunun 8-də Belarus, iyunun 12-də səfərdə İspaniya, iyunun 15-də isə Finlandiya ilə qarşılaşacaq.