Avropa Voleybol Konfederasiyası (CEV) 2014-2015-ci il mövsümündə Çempionlar Liqasına qatılacaq komandaların adlarını açıqlayıb. Sportnet.az-ın məlumatına görə, qadınların mübarizəsinə qatılacaq 20 komanda arasında Azərbaycanın 2 təmsilçisi - "Rabitə" və "Azəryol" da var.
Qalan komandalar bunlardır: "Dinamo"Kazan, "Omiçka", "Dinamo" Moskva (hamısı Rusiya), "VakifBank", "Fənərbağça", "Eczacıbaşı" (hamısı Türkiyə), "Pyaçentsa", "Yamamay" (hər ikisi İtaliya), "Ximik", "İmpel" (hər ikisi Polşa), "Kann", "Nant" (hər ikisi Fransa), "Drezdner" (Almaniya), "Ştiintsa" (Rumıniya), "Prosteyov" (Çexiya), "Salo" (Finlandiya), "Partizan" (Serbiya), "Volero" (İsveçrə),
İyunun 27-də Avstriyanın paytaxtı Vyanada atılacaq püşk nəticəsində 20 komanda 5 qrupa bölünəəcək. Qrup qalibləri və 2-ci yeri tutan 3 ən yaxşı komanda "pley-off"a yüksələcək. Daha sonra CEV "4-lər finalı"nı qəbul edəcək komandanı açıqlayacaq. Qalan 12 komanda isə cütlərə bölünərək, 3 ən güclünü müəyyənləşdirənədək oynayacaqlar.
Qeyd edək ki, ötən mövsüm Çempionlar Liqasında Azərbaycanı 3 klub - "Rabitə", "Azəryol" və "İqtisadçı" təmsil edib.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |