Voleybol üzrə Azərbaycan çempionatı dekabrın 14-də Dərnəgüldəki Voleybol Mərkəzində start götürəcək.
Sportnet.az-ın məlumatına görə, əvvəlcə qadınların yarışdığı Superliqanın "Azərreyl" - "Abşeron" görüşü keçiriləcək. Bu oyunun ardından açılış mərasimi başlayacaq. Daha sonra kişilərdən ibarət “Lokomotiv” və “Neftçi” komandaları üz-üzə gələcək.
Qeyd edək ki, Superliqada "Azərreyl" və "Abşeron"dan əlavə, "Lokomotiv", "Mübariz", UNEC və Gürcüstan komandaları mübarizə apoaracaq. Kişilər arasında Yüksək Liqada isə "Lokomotiv" və "Neftçi"dən əlavə, "Azərreyl", MOİK, "Xilasedici", "Sərhədçi" və Gürcüstan çıxış edəcək. Çempionat 2 dövrədən və pley-off mərhələsindən ibarət olacaq.