
Türkiyədə təlim-məşq toplanışında olan qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama matçını keçirib. "Report" xəbər verir ki, yığma İstanbulda “Fənərbağça” ilə üz-üzə gəlib.
Qarşılaşma milli üzvləri üçün yaxşı başlayıb. Yığma ardıcıl 2 setdə rəqibindən üstün olub – 25:22, 25:23. Üçüncü setdə baş məşqçi Vasif Talıbov ehtiyat qüvvəyə də şans verib. Bundan istifadə edən rəqib hesabı bərabərləşdirib – 25:17, 25:23.
Komandalar qarşılıqlı razılığa əsasən tay-breki oynamayıblar. Beləliklə, görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
Qeyd edək ki, Olimpiya təsnifat turnirinə hazırlaşan Azərbaycan millisi qardaş ölkədə daha bir sınaq oyunu keçirəcək. Rəqib “Türk Hava Yolları” olacaq.