
Azərbaycan badmintonçusu Edi Reski Dviçayonun Ukraynanın paytaxtı Kiyevdəki Avropa çempionatında iştirakı baş tutmayıb.
Sportnet.az xəbər verir ki, Azərbaycan Badminton Federasiyasının Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, səbəb koronavirusa görə yarışın qeyri-müəyyən təxirə salınmasıdır.
Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən Avropa çempionatı 12 - 26 aprelə nəzərdə tutulmuşdu. Turnirin bu il ərzində keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, Beynəlxalq Badminton Federasiyası Danimarkadakı dünya çempionatını və bir neçə turniri təxirə salıb.