
“Azərbaycan milli komandası gənc və perspektivli kişi voleybolçularla komplektləşdirilib”.
Sportnet.az-ın məlumatına görə, bunu “Report”un yerli bürosuna açıqlamasında Gürcüstanın Voleybol Federasiyasının (GVF) prezidenti İrakli Çaçua deyib.
Çaçua bildirib ki, Azərbaycan yığması Gürcüstanda keçirdiyi Avropa çempionatının seçmə oyunlarında yaxşı təcrübə qazanıb: “Bu, azərbaycanlı voleybolçuların gələcəkdə də uğurlu nəticələr əldə edəcəklərinə böyük ümidlər verir”.
GVF prezidenti Azərbaycanın Voleybol Federasiyası ilə çox sıx əməkdaşlığın olduğunu da sözlərinə əlavə edib.