
Voleybol üzrə Azərbaycan çempionatlarında 2021/2022 mövsümünə start verilib.
Sportnet.az-ın məlumatına görə, qadınlar arasında Super Liqanın ilk turunun açılış matçında "Murov" və "Abşeron" komandaları qarşılaşıb. Görüş qonaqların inamlı qələbəsi ilə yekunlaşıb.
Ardınca kişi voleybolçular arasında Yüksək Liqada mübarizə start götürüb. I turun ilk oyununda MOİK “Neftçi”ni 3:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, hər iki qarşılaşma “Murov”un Biləcəridəki zalında baş tutub. Ölkədə koronavirus pandemiyası ilə bağlı karantin rejiminə uyğun olaraq oyunlar azarkeşsiz təşkil edilib.