
5 mart - Bədən tərbiyəsi və idman günü münasibətilə təşkil olunmuş “İdman həftəsi”nin son günündə voleybol turnirinə yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, Azərbaycan Voleybol Federasiyasının (AVF) idman zalındakı yarışın sonuncu günü öncə 3-cü yerin sahibi bəlli olub. "Media" və GİN komandaları arasında baş tutan matçda birincilər 2:0 (25:22, 25:20) hesabı ilə qalib gəliblər.
Ardınca qalib adı uğrunda "Veteranlar" "Bakı" ilə görüşüb. Bu matçda da 2:0 (25:8, 25:7) hesabı qeydə alınıb. Rəqibini məğlub edən “Veteranlar” turniri birinci yerdə başa vurublar.
Finalı gənclər və idman nazirinin müavini Mariana Vasileva izləyib və yarışın bağlanış mərasimində qalibləri təbrik edib. Daha sonra nazir müavini və AVF-in baş katibi Fərid Xəlilov mükafatçılara medal və diplomlar veriblər.