Serbiyalı tennisçi Novak Cokoviç ABŞ-ın İndian-Uells və Mayami şəhərlərindəki ATP (Peşəkar Tennisçilər Assosiasiyası) turnirlərində iştirak etməyəcək.
Sportnet.az-ın məlumatına görə, buna 35 yaşlı idmançının ABŞ-a giriş icazəsi ala bilməməsi səbəb olub.
Dünyanın iki nömrəli raketka ustası iştirakçılar siyahısında yer almasına baxmayaraq, yarışdan kənarda qaldığını bildirib. Cokoviçin sözlərinə görə, ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi ölkədə qaydaların dəyişmədiyini açıqladıqdan sonra okeanın o tayında çıxışı mümkünsüz olub. O, yarış iştirakçılarına uğurlar arzulayıb.
Bu gün start götürən İndian-Uells turniri martın 21-dək davam edəcək və dərhal başlanacaq Mayamidəki yarış isə aprelin 3-də yekunlaşacaq.
Qeyd edək ki, Novak Çokoviç daha əvvəl "Australian Open"də də iştirak edə bilməyib. Tennisçi turnirə qatılmaq üçün Avstraliyaya getsə də, yanvarın 5-də vizası ləğv edilib. Buna təcrübəli tennisçinin koronavirusa qarşı peyvənddən imtinası səbəb olub.