
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında III dövrəyə start verilib.
Sportnet.az-ın məlumatına görə, XI turun hər iki oyunu eyni gündə baş tutub.
“Murov” klubunun idman zalında gerçəkləşən görüşlərdə "Neftçi" "Ekspress"ə 3:0 (13:25, 7:25, 13:25), "Murov" isə "Sərhədçi"yə 3:1 (25:11, 23:25, 25:13, 25:15) hesabı ilə qalib gəlib.
Bu nəticələrdən sonra xallarını 23-ə çatdıran "Murov" liderliyini davam etdirir. 22 xalı olan "Neftçi" ikincidir. MOİK 15 xalla üçüncü, "Ekspress" 6 xalla dördüncüdür. Xalı olmayan "Sərhədçi" isə sonuncu sırada qərarlaşıb.