
Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının yarımfinal mərhələsindəki rəqibi bəlli olub.
Sportnet.az-ın Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, yığma finala gedən yolda A qrupunu 2-ci pillədə bitirən İran seçməsi ilə qarşılaşacaq. Görüş avqustun 14-də baş tutacaq.
Qeyd edək ki, digər yarımfinal matçında Türkiyə Kamerunu sınağa çəkəcək. Final oyunu avqustun 15-də keçiriləcək.