Serbiya millisi Polşa və Niderlandda keçirilən qadın voleybolçular arasında dünya çempionatının qalibi olub.
Sportnet.az-ın məlumatına görə, finalda Braziliya yığması məğlub edilib - 3:0 (26:24, 25:22, 25:17). Oyunun ən məhsuldar voleybolçusu qalib komandadan 15 xalla Tiyana Boşkoviç olub. "Sambaçılar"dan isə Qabriela Gimaraes ən çox - 7 xal toplayıb.
Beləliklə, Serbiya millisi dünya çempionu titulunu qoruyub. Bu komanda 2018-ci ildə də mundialın qalibi olub. Bürünc medalı isə 3-cü yer uğrunda görüşdə ABŞ-a 3:0 (25:20, 22:15, 27:25) hesabı ilə qalib gələn İtaliya qazanıb.