
Kişi voleybolçulardan ibarət "Murov" klubu Çağırış Kubokunda mübarizəyə başlayıb.
Sportnet.az-ın məlumatına görə, Fərid Cəlalovun baş məşqçi olduğu komanda 1/32 final mərhələsində Xorvatiyanın "Kitro Varazdin" kollektivi ilə üz-üzə gəlib.
Dərnəgül Voleybol Mərkəzindəki qarşılaşmada Xorvatiya təmsilçisi nominal meydan sahibi olub. Görüş "Murov"un 3:0 (25:19, 25:18, 25:20) hesablı qələbəsi ilə başa çatıb.
Komandalar arasında cavab oyunu oktyabrın 20-də eyni məkanda baş tutacaq.
----------------------------------------------
Kişi voleybolçulardan ibarət "Murov" klubu bu gün Çağırış Kubokunda mübarizəyə başlayacaq.
Sportnet.az-ın məlumatına görə, Fərid Cəlalovun baş məşqçi olduğu komanda 1/32 final mərhələsində Xorvatiyanın "Kitro Varazdin" kollektivi ilə üz-üzə gələcək.
Dərnəgül Voleybol Mərkəzindəki qarşılaşma saat 18:00-da başlayacaq. Görüşdə Xorvatiya təmsiliçisi nominal meydan sahibi olacaq. Cavab görüşü oktyabrın 20-də baş tutacaq.
Çağırış Kuboku
1/32 final mərhələsi
İlk oyun
18:00. “Kitro Varazdin” (Xorvatiya) - “Murov” (Azərbaycan) - 0:3 (19:25, 18:25, 20:25)
Bakı. Dərnəgül Voleybol Mərkəzi