Azərbaycanı Çağırış Kubokunda təmsil edən “Murov” voleybol komandasının növbəti rəqibi dəqiqləşib.
Sportnet.az xəbər verir ki, Azərbaycan təmsilçisi 1/8 final mərhələsində Niderlandın “Orion”u ilə qarşılaşacaq.
1/16 finalda Lüksemburqun “Stroosen” klubu ilə qarşılaşan niderlandlılar 3:0 (25:18, 25:8, 25:13) hesablı qələbə qazanıblar. Tərəflər arasında ilk görüş də bu hesabla başa çatıb.
1/8 final görüşlərinin dəqiq vaxtı qarşıdakı günlərdə açıqlanacaq.
Qeyd edək ki, “Murov” 1/16 final mərhələsində Avstriyanın “UVC Qraz” komandasına hər iki oyunda 3:0 hesabı ilə qalib gəlib.