"İlk növbədə onu deyim ki, hesab oyuna görə deyil. İlk yarımfinal oyununda asan qələbə qazansaq da, bu dəfə çətin qarşılaşma alındı".
Sportnet.az xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Rimas Kurtinaytis basketbol üzrə Azərbaycan çempionatının pley-off mərhələsinin yarımfinalında “Xırdalan”a 81:62 hesabı ilə qalib gəldikləri matç barədə danışarkən deyib.
O, oyuna yaxşı, düşündükləri kimi başladıqlarını bildirib: "Xırdalan" gedişatda bizi üstələməyi bacardı. Rəqib bizi yaxşı təhlil etmişdi. Lakin oyuna yenidən qayıtmağı bacardıq. Düşünürəm ki, biz fiziki cəhətdən daha güclü idik".
Qeyd edək ki, ilk görüşdə də rəqibini 101:85 hesabı ilə üstələyən "Sabah" klubu adını finala yazdırıb.