Kişi voleybolçulardan ibarət “Azərreyl” komandası baş məşqçisi Boris Qrebennikovla yeni müqavilə imzalayıb.
Klubun mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, təcrübəli mütəxəssislə anlaşmanın müddəti daha 1 il uzadılıb.
Onun qarşısına qoyulan əsas hədəf son Azərbaycan çempionunu uğurlara daşımaq və heyətdə olan gənc voleybolçuların inkişaf etdirilməsi yolunda fəaliyyətini davam etdirməkdir.
Qeyd edək ki, “Azərreyl” Boris Qrebennikovun rəhbərliyi altında ilk dəfə Azərbaycan Yüksək Liqasının qızıl medallarını qazanıb.