Bu gün Azərbaycanın 18 yaşadək qızlardan ibarət basketbol millisi Avropa çempionatında növbəti oyununa çıxacaq.
Sportnet.az xəbər verir ki, yığma C divizionunun B qrupunda Gürcüstan seçməsi ilə üz-üzə gələcək. Kosovonun paytaxtı Priştinada keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
Evrən Alkayının rəhbərlik etdiyi milli komanda ötən gün ilk oyunda Albaniyanı 72:53 hesabı ilə məğlub edib.
Qeyd edək ki, Azərbaycan yığması qrupun son matçında iyulun 25-də Ermənistanla qarşılaşacaq.