
Basketbol üzrə Azərbaycan çempionatında final seriyasının ikinci oyunu baş tutub.
Sportnet.ax xəbər verir ki, "Xəzri" və "Sabah"ın üz-üzə gəldiyi oyun ikincilərin 94:63 hesablı qələbəsi ilə yekunlaşıb.
İlk görüşdə "Xəzri" "Sabah"a 90:75 hesabı ilə qalib gəlib.
Üç qələbəyə qədər davam edən seriyanın növbəti matçı mayın 22-də keçiriləcək.