| 1 | Turan-Tovuz | 10 | 21 |
| 2 | Qarabağ | 9 | 20 |
| 3 | Zirə | 10 | 19 |
| 4 | Sabah | 9 | 18 |
| 5 | Sumqayıt | 10 | 17 |
| 6 | Araz-Naxçıvan | 10 | 16 |
| 7 | Neftçi | 10 | 15 |
| 8 | İmişli | 10 | 12 |
| 9 | Şamaxı | 10 | 10 |
| 10 | Qəbələ | 10 | 5 |
| 11 | Karvan-Yevlax | 10 | 5 |
| 12 | Kəpəz | 10 | 3 |
Nataliya Məmmədova Rusiya klubunda
Azərbaycan milli komandasının voleybolçusu Nataliya Məmmədova karyerasını Rusiyanın "Dinamo” komandasında davam etdirəcək.
Sportnet.az-ın "WorldofVolley”ə istinadən verdiyi məlumata görə, 2014-2015 mövsümündə "Azəryol”da çıxış edən Yovan Brakoçeviçlə yollarını ayıran Kazan təmsilçisi 33 yaşlı hücumçu ilə anlaşıb.
Qeyd edək ki, bu, ötən mövsüm İsveçrənin "Volero” klubunun formasını geyinən Nataliya Məmmədovanın Rusiyaya 3-cü qayıdışıdır. Azərbaycan yığmasının voleybolçusu daha əvvəl "Zareçye-Odintsovo” (Rusiya, 2002/03), "Azerreyl” (2003/04—2004/05, 2006/07), "Kyeri” (İtaliya, 2007), "İkardo” (İspaniya, 2008), "Türk Telekom” (Türkiyə, 2008/09), "Dinamo” (Rusiya, Krasnodar, 2009/10), "Rabitə” (2010/11—2011/12) və "Omiçka”nın (2012/13—2013/14) şərəfini qoruyub.










































































