Voleybol üzrə qadınlardan ibarət milli komandamız 6 iyun tarixindən Avropa Liqası yarışlarında iştirakına start verəcək. Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, bu gün axşam Bolqarıstana yola düşəcək milli komanda artıq heyətini açıqlayıb.
Yarışda yığmamız Ceyran Əliyeva, Anastasiya
Qurbanova, Ayşən Abduləzimova, Yana Ağayeva, Yekaterina Jidkova, Ülkər Kərimova,
Aynur Kərimova, Oksana Kiselyova, Şəfaqət Həbibova, İrina Makarenko, Aleksandra
Prupas, Kseniya Pavlenkoyla mübarizə aparacaq.
Avropa Liqasına komandamız Aleksandr Çervyakovun rəhbərliyi altında yollanır. Ona Vüqar Əliyev kömək edəcək.
Baş məşqçi qeyd edib ki, Oksana və Yelena Parxomenkolar,
Natalya Məmmədova, Polina Rəhimova, Kseniya Kovalenka, Natavan Qasımova
Bolqarıstanla oyunda komandanın tərkibində olmayacaqlar və gənc oyunçulardan
ibarət olan komandanın kapitanı Anastasiya Qurbanova olacaq.
06-07 iyun 2014
Bolqarıstan – Azərbaycan
Bolqarıstan – Azərbaycan
Komandamız ikinci görüşünü Bakıda 14-15 iyun tarixlərində "Voleybol Mərkəzində” Sloveniya millisinə qarşı keçirəcək.
Qeyd edək ki, ümumilikdə Avropa Liqasında 8 komanda
mübarizə aparır. "A” qrupunda yer alan millimizlə yanaşı, Bolqarıstan, Türkiyə və Sloveniya, "B”
qrupunda isə Almaniya, İspaniya, Yunanıstan və Polşa yığmaları yer alıb.
Sevinc XANQIZI