
Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında pley-off mərhələsinin oyunları keçirilib. Sportnet.az-ın məlumatına görə, əsas mərhələdə turnir cədvəlinin ilk 4 pilləsində qərarlaşan komandalar üz-üzə gəlib.
"Rabitə” "Azərreyl”lə qarşılaşıb. Görüşün sonunda sevinən tərəf "Rabitə" olub - 3:0. "Azəryol" isə "Lokomotiv"lə münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə isə "Azəryol" rəqibinə 1:3 hesabı ilə məğlub olub.
Qeyd edək ki, komandalar arasında ikinci oyunlar aprelin 6-da keçiriləcək.







































































