1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Le Tour de Langkawi" davam edir
Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku" Malayziyada keçirilən Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2-ci kateqoriyalı çoxgünlük "Le Tour de Langkawi" yürüşündə mübarizə aparır. Sportnet.az-ın məlumatına görə, 22 komandanın iştirak etdiyi 8 günlük yürüşdə 4-cü mərhələ başa çatıb.
Bu gün iştirakçılar 165.4 km məsafə qət ediblər. "Synergy Baku" üzvlərindən ən yüksək nəticəyə Aleksandr Surutkoviç imza atıb - o, məsafəni 3 saat, 43 dəqiqə, 14 saniyəyə keçən pelotonun içərisində olub və fotofinişə əsasən 9-cu yeri tutub. Samir Cəbrayılov 43-cü, Elçin Əsədov isə 56-cı nəticə göstərib.
Yürüşün ən yaxşı dağ velosipedçiləri siyahısında Elçin Əsədov 7-ci yerdədir.
Qeyd edək ki, sabah "Le Tour de Langkawi"nin ən uzun mərhələsi olacaq. İştirakçılar bu dəfə 200 km məsafə qət edəcəklər.