
"Bakı 2015" I Avropa Oyunlarında kişilər arasında su polosu yarışları davam edir. Sportnet.az-ın məlumatına görə, bu gün 6 qarşılaşma keçirilib.
Slovakiya yığması Rumıniya ilə qarşılaşıb. Görüş rumınların 8:7 hesablı qələbəsi ilə başa çatıb. Monteneqro millisi isə Fransaya aman verməyib - 15:4. Üçüncü görüşdə Rusiya və Almaniya yığmaları qarşılaşıb. Qarşılıqlı hücumlar şəraitində keçən görüşün sonunda sevinən tərəf ruslar olub. Matç 16:9 hesabı ilə yekunlaşıb.
Digər oyunlarda isə Macarıstan İtaliya, İspaniya Xorvatiya, Yunanıstan isə Serbiya millisi ilə qarşılaşacaq.