1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Eddi İsrafilov: "Eybar"la anlaşmaq asan oldu"
İspaniyanın "Eybar" klubu Azərbaycan milli komandasının futbolçusu Eddi İsrafilovu ictimaiyyətə təqdim edib. Sportnet.az-ın məlumatına görə, 23 yaşlı oyunçunun təqdimat mərasimi bu gün kluba məxsus "İpurua" stadionunda baş tutub.
Millimizin üzvü yeni klubuna keçidi haqda fikirlərini dilə gətirib: "Ötən mövsümü icarə əsasında "Qranada"da keçirmişdim. Bu il isə "Eybar"a gəlməyə qərar verdim. Asanlıqla da anlaşdıq. Burada çıxış etmək istəyirəm. Düşünürəm ki, uğur qazana bilərəm. "Eybar" klubunun ötən mövsümkü çıxışını çox bəyəndim. Bu komandanın oyun üslubu mənə yad deyil. Uyğunlaşmaq asan olacaq".
İsrafilovun yeni baş məşqçisi Xose Luis Mendilibar isə yeni transfer ilə bağlı bunları deyib: "Eddi çox yaxın insandır və məşqlərə yanaşması xoş təəssürat yaradır".
"Eybar"ın prezidenti Aleks Aranzabal 23 yaşlı yarımmüdafiəçinin fiziki baxımdan güclü, hava mübarizələrində çevik, hücumçu keyfiyyətlərinə malik olduğunu vurğulayıb: "Seçimlərdə çox futbolçu vardı, ancaq Eddi gələcəyə ümid yaradan oyunçulardandır. Biz onun üçün əlverişliyik. Eddi "Eybar"ın profilinə uyğundur. Bu, onun üçün elitada qalmağa əla fürsətdi".
Bu həftə 75 illiyini qeyd edən "Eybar" klubunun şənbə günü yığıncağı keçiriləcək və yeni futbolçular təqdim olunacaq. Həmin gün Şotlandiya "Seltik"i ilə yoldaşlıq görüşü də keçiriləcək.