Rusiyanın tanınmış "Rossiya 24" telekanalı Azərbaycan futbolunda əldə olunmuş nailiyyətlərdən bəhs edən süjet təqdim edib. Sportnet.az-ın məlumatına görə, 3 dəqiqəlik süjet "Azərbaycan futbolu başını qaldırır" adlanır.
Süjetdə əvvəlcə "Qarabağ"ın uğurlarından danışılıb. Müəllif Ağdam təmsilçisinə Bakıdakı 0:1 hesablı məğlubiyyətdən sonra Belçika "Anderlext"i rəhbərliyinin narazı azarkeşlərə kompensasiya ödədiyini xatırladıb. "Qarabağ"ın "Rəvan"la Azərbaycan Premyer Liqasındakı X tur qarşılaşmasında Vüqar Mustafayevin vurduğu gözəl qolu nümayiş etdirən telekanal ikiqat ölkə çempionunun həm daxili, həm də Avropa miqyasındakı uğurlarının təsadüfi olmadığını bildirib.
Daha sonra deyilir ki, ekspertlər Azərbaycan futbolunun yeni və parlaq hüdudları aşacağına əmindirlər. Birbaşa ölkə rəhbərliyinin nəzarəti altında "Futbolun İnkişafına dair Dövlət Proqramı"nın hazırlandığı vurğulanıb. "Dalğa Arena" ərazisində salınmış Azərbaycan yığmalarının təlim-məşq bazasında "Neftçi"nin əvəzedici heyətinin hazırlıq prosesi də süjetdə əksini tapıb. "Qarabağ"la yanaşı, "Qəbələ"nin də bu mövsüm Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandıqları xatırladılıb, İngiltərə "Mançester Yunayted"inin AFFA ilə müqavilə əsasında Bakıda futbol məktəbi açdığı bildirilib.
Sonda Bakının AVRO-2020-ni təşkil edəcək 13 şəhərdən biri olduğu və Azərbaycan millisinin də final mərhələsində oynaya bilməsi üçün lazımi infrastrukturun hazırlandığı vurğulanıb.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |