Çeçenistanın paytaxtı Qroznıda "Qroznaya bitva-13” adlı döyüş gecəsi keçirilib. Sportnet.az-ın məlumatına görə, gecədə "Axmat” klubunu təmsil edən dünya və Avropa çempionatlarının, müxtəlif Qran Prilərin qalibi olmuş azərbaycanlı döyüşçü Zabit Səmədov da rinqə çıxıb.
O, dəfələrlə dünya çempionu, Avstraliyanı təmsil edən Polşa əsilli Pol Slovinski ilə qarşılaşıb. Döyüş Səmədovun inamlı qələbəsi ilə yekunlaşıb.
Bu münasibətlə həmyerlimizi Çeçenistan prezidenti Ramzan Kadırov təbrik edib.
Gecədə ümumilikdə 10 döyüş keçirilib, onlardan 7-si MMA, 3-ü K-1 versiyası üzrə olub.
Əsas döyüş K-1 üzrə keçirilib və revanş anlamı daşıyıb.
Qeyd edək ki, 2007-ci ildə К-1 üzrə Amsterdam Qran Prisində "Mauqli” ləqəbli azərbaycanlı idmançı Pol Slovinskini nokdauna göndərsə də, sonda məğlub olmuşdu.
Bu dəfə isə Səmədov Slovinskidən intiqam almağı bacarıb.
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |