Fransanın "Bastiya" klubu braziliya futbolçusu Brandaonun müqaviləsini pozmaq qərarına gəlib. Sportnet.az-ın məlumatına görə, buna səbəb futbolçunun Fransa Liqasının II turunda keçirilən PSJ – "Bastiya” oyunundan sonra futbolçunun rəqib komandanın oyunçusuna hücum etməsidir.
PSJ-nin 2:0 hesabı ilə qalib gəldiyi matçda, Brandao paltardəyişmə otağına gedən yolda parislilərin yarımmüdafiəçisi Tiaqo Mottaya zərbə endirib. Nəticədə İtaliya millisinin üzvünün burnu sınıb. Brandao vurduqdan sonra qaçıb, mühafizəçilər və komanda yoldaşları Mottanın futbolçuya cavab qaytarmasına imkan verməyiblər.
Bu hadisədən sonra PSJ-nin prezindenti Hasser Əl-Xelayfi Brandaonun ömürlük cəzalanmasını tələb etmişdi.
Qeyd edək ki, futbolçular arasındakı qalmaqalın səbəbi bilinmir.
Bombardirlər: Coy-Lens Mikels ("Sabah"), Felipe Santos ("Araz-Naxçıvan") - hər ikisi 8, Davit Volkov (""Zirə"), Leandro Andrade ("Qarabağ") - hər ikisi 7 qol.