Almaniya Bundesliqasında yeni mövsüm "Bayer" və onun futbolçusu Kərim Bellyarabi üçün uğurlu başlayıb. Sportnet.az-ın məlumatına görə, 24 yaşlı yarımmüdafiəçi Dortmund "Borussiya"sı ilə qarşılaşmada Bundesliqa tarixində ən sürətli qolu vurub.
O, artıq 9-cu saniyədə fərqlənərək, Covane Elber ("Bavariya"), Ulf Kirsten ("Bayer") və Paul Frayerə ("Bohum") məxsus rekordu 2 saniyə geridə qoyub.
Qeyd edək ki, görüş "Bayer"in 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.