Avro-2016-nın
seçmə mərhələsi çərçivəsində dünən keçirilən Türkiyə
- Qazaxıstan matçı daha bir qalmaqalla yadda qalıb.Sportnet.az-ın
məlumatına görə, oyundan öncə isinmə hərəkətlərini yerinə
yetirərkən bir qrup "Qalatasaray"lı azarkeşlərin təhqirlərinə məruz
qalan meydan sahiblərinin qapıçısı Volkan Dəmirəl stadionu tərk edib.
Təcrübəli qolkiper
"Fənərbaxça"dakı komanda yoldaşı Əmrə Bəlözoğlunun avtomobili ilə
evinə getməsindən sonra jurnalistlərlə "sarı-lacivərdli" komandanın
mühafizəçiləri arasında gərginlik yaşanıb.
Mühafizəçilər
Volkanın hadisəylə bağlı fikirlərini öyrənməyə çalışan müxbirlərə əngəl olmağa
çalışıblar. Bundan sonra ara qarışıb. Mühafizəçilərlə əlbəyaxa olan media
nümayəndələrindən bir neçəsi ayaqlar altında qalıb və onlardan bəzilərinin
kamerası sındırılıb.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |