
İspaniya
La Liqası XIII
turu çərçivəsində keçirilən "Valensiya” – "Barselona” matçında qonaqların
futbolçusu Lionel Messiyə su şüşəsi atılıb. Sportnet.az-ın məlumatına görə, su
şüşəsi matçın sonuncu saniyələrində vurulan qola sevinənlər arasında olan Messinin
başına dəyib.
Son
saniyələrdə "Barselona” klubunun futbolçusu Serxio Busquest vurduğu qolla komandasına
qələbə qazandırıb. Künc bayrağı yaxınlığında komanda yoldaşları ilə sevincini
paylaşan Messiyə "Valensiya” azarkeşləri tərəfindən su şüşəsi atılıb. Argentinalı
matçın əsas hakiminə başını göstərərək etiraz edib. Lakin hakim
etirazlara görə Messinin özünə sarı kart göstərib.
Qeyd
edək ki, matçdan sonra "Valensiya” klubunun rəhbərliyi baş verən hadisəyə görə
təəssüfləndiklərini, hadisəni törədən azarkeşin tapılaraq layiqli cəza
alacağını bildiriblər.