"Qəbələ" klubunun baş məşqçisi Dorinel Muntyanu istefa verib. Klubdan Sportnet.az-a verilən məlumata görə, bu barədə ötən gün klubdaxili iclasda qərar qəbul edilib.
Rumıniyalı mütəxəssislə müqavilə qarşılıqlı razılıq əsasında pozulub. Rəsmi qərarın bu gün açıqlanacağı gözlənilir. Muntyanunun qovulmasına komandanın bu mövsüm qeyri-sabit çıxışı səbəb olub. Rəhbərliyin səbr kasası Premyer Liqanın XV turunda "Xəzər Lənkəran"a 0:3 hesablı məğlubiyyətdən sonra daşıb.
Qeyd edək ki, Dorinel Muntyanu "Qəbələ"yə iyunun 15-də baş məşqçi təyin olunmuşdu. Onun müqaviləsi 1 il müddətinə nəzərdə tutulmuşdu. Muntyanunun rəhbərliyi altında "Qəbələ" Avropa Liqasında elə ilkin təsnifat mərhələsindəcə mübarizəni dayandırıb, Premyer Liqada isə 15 turdan sonra 14 xalla 6-cı pillədə qərarlaşıb.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |