
Dağlıq Qarabağ münaqişəsinin gərginləşməsi Formula 1 üzrə Avropa Qran Prisinin tarixdə ilk dəfə Bakıda təşkilinə təsir etməyəcək. Sportnet.az-ın məlumatına görə, bu barədə Bakı Şəhər Halqasının Marketinq və Kommunikasiya Departamentinin rəhbəri Nigar Arpadarai "R-Sport"a bildirib.
O deyib ki, Gənclər və İdman Nazirliyi də belə bir açıqlama ilə çıxış edib: "Hər şey plan üzrə gedir. Yaranmış vəziyyətin heç bir təsiri yoxdur. Yürüş planlaşdırdığımız kimi də olacaq. Hər şey qüvvədədir".
Qeyd edək ki, Avropa Qran Prisi 17 - 19 iyunda Bakı küçələrində təşkil olunacaq.