Azərbaycanlı futbolçu Ramil Şeydayevi transfer edən "Trabzonspor" klubu ikinci yoxlama oyununu keçirib. Sportnet.az-ın məlumatına görə, Trabzon təmsilçisi Macarıstanın III liqa təmsilçisi "Gyor"u 2:0 hesabı ilə məğlub edib. Bu matş həmin ölkənin Gyor şəhərində keçirilən təlim-məşq toplanışı çərçivəsində baş tutub.
Oyunda qələbəni Yusif Erdoğan etdiyi dublla (7 və 69-cu dəqiqələrdə) qazandırıb. Əsas heyətdə meydana çıxan Şeydayev 73-cü dəqiqədə əvəzlənib.







































































