
AFFA İntizam Komitəsi "İmişli" klubunu cəzalandırıb.
Sportnet.az xəbər verir ki, səbəb kimi Azərbaycan Premyer Liqasında III turun “Sabah” komandası ilə səfər matçında bölgə komandasının meydana gec çıxması göstərilib.
Bununla əlaqədar oyun gec başladığına görə “İmişli” 3000 manat cərimə olunub.
Qeyd edək ki, Masazır qəsəbəsindəki "Bank Respublika Arena"da keçirilmiş görüş "İmişli"nin qələbəsi ilə yekunlaşıb - 1:0.