
Rusiyanın Nijni Novqorod şəhərində keçirilən üzgüçülük yarışında xoşagəlməz hadisə baş verib.
Sportnet.az Rusiya mətbuatına istinadən xəbər verir ki, yarış zamanı Moskvadan olan üzgüçü Dmitri İonov ölüb.
Məlumata görə, idmançı finiş xəttinə az qalmış özünü pis hiss edib və əlini qaldıraraq xilasedicilərdən kömək istəyib.
Dərhal idmançıya kömək göstərilib. Sudan çıxan anda İonov huşunu itirib.
Üzgüçüyə ilkin tibbi yardım göstərilib, sonra xəstəxanaya yerləşdirilib. Həkimlərin bütün səylərinə baxmayaraq, moskvalı üzgüçünün həyatını xilas etmək mümkün olmayıb.