
AFFA İntizam Komitəsi "Neftçi" klubunu 5 min manat cərimələyib.
Sportnet.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, cərimənin böyük hissəsi futbolçu İqor Ribeyroya görə kəsilib.
Braziliyalı müdafiəçi Azərbaycan Premyer Liqasında III turun “Turan Tovuz”la ev oyununun 55-ci dəqiqəsində təcavüzkar davranışa yol verib.
Rəqib oyunçu Faiq Hacıyevi buran Ribeyro birbaşa qırmızı vərəqə alıb. İntizam Komitəsi onu 3 oyunluq cəzaya, klubunu 3 min manatlıq cəriməyə məruz qoyub.
Qarşılaşma zamanı meydan sahiblərinin azarkeşləri meydançaya kənar əşyalar atıblar. Bu isə kluba daha 2 min manat cərimə bahasına başa gəlib.
Qeyd edək ki, oyun "Turan Tovuz"un qələbəsi ilə yekunlaşıb - 1:0.