
İslandiya və Azərbaycan milliləri arasındakı 2026-cı il dünya çempionatının seçmə qrup matçından öncə yerli komandanın karyerasını bitirmiş futbolçusu Birkir Byarnason təltif olunacaq.
Sportnet.az-ın məlumatına görə, bu, komandaların isinmə hərəkətlərindən sonra baş verəcək.
İslandiya Futbol İttifaqı (KSI) azarkeşləri oyuna vaxtında gəlməyə və Byarnasona ölkə yığmasının uğurları naminə xidmətləri qarşılığında təşəkkür etməyə çağırıb. Matç sentyabrın 5-də Reykyavik şəhərindəki "Lauqardalsvöllur" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.
Qeyd edək ki, Birkir Byarnason İslandiya millisində tarixi ərzində ən çox oyun keçirmiş futbolçudur. O, ümumilikdə 113 matça çıxıb və 15 qol vurub. 37 yaşlı yarımmüdafiəçi yığmada AVRO-2016 və DÇ-2018-də çıxış edib. Debüt matçı 2010-cu ilin mayında "Lauqardalsvöllur"də Andorraya, sonuncu oyun isə noyabrda Kaunasda Litvaya qarşı olub. O, sentyabrın 1-də karyerasını başa vurub.